Alman əks-kəşfiyyatı: "Rusiya casusluq və hibrid hücumları gücləndirib"
Bu gün, 12:38
Almaniya hərbi əks-kəşfiyyatı (MAD) bildirib ki, Rusiya bu ölkədə casusluq və dağıdıcı fəaliyyətləri gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə "European Pravda" məlumat yayıb.
MAD rəhbəri Martina Rosenberq bildirib ki, casusluq və hibrid hücumlarda kəskin artım müşahidə olunub.
"Yanaşma kütləviləşib, həm də aqressivləşib", - o qeyd edib.
Rosenberqin sözlərinə görə, Rusiya kəşfiyyat xidmətləri "soyuq müharibə dövründəki kimi" hərəkət edir.
Həmçinin bildirilib ki, bir il ərzində Rusiya kəşfiyyatçıları ilə bağlı insidentlərin sayı təxminən iki dəfə artıb. Rusiya agentləri üçüncü ölkələr vasitəsilə Almaniyaya gəlməyə davam edirlər.