Nigeriya öz qazını ona tələbatı olan istənilən ölkəyə satmağa hazırdır.
Axar.az xəbər verir ki, bunu Nigeriyanın Moskvadakı səfiri Abdullahi Şehu ölkəsinin Avropada Rusiya qazını əvəz etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
“Nigeriya heç bir ayrı-seçkilik etmədən mavi yanacaq almaq istəyən istənilən ölkəyə qaz satmağa açıqdır. Ona görə də hansı alternativi seçəcəklərinə qərar versinlər”, - o bildirib.