Putin dost olmayan ölkələrə qaz satışı haqqında fərman imzalayıb
31-03-2022, 17:53
Rusiya Prezidenti Vladimir Putin qeyri-dost dövlətlərə qazın ixracına görə ödənişin rublla edilməsi haqqında fərman imzalayıb. AzVision.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Fərmana əsasən, belə dövlətlər Rusiya banklarında hesablar açmalı olacaqlar, prosedur aprelin 1-dən qüvvəyə minəcək.
Bundan əvvəl Putin "Qazprom"a, Mərkəzi Bank və hökumətə martın 31-dək dost olmayan ölkələrə qaz nəqli üçün hesablaşmaların rubla köçürülməsini təşkil etməyi tapşırmışdı. Avropa Komissiyası bu təcrübənin qəbuledilməz olduğunu bəyan edib. Almaniyanın iqtisadiyyat naziri Robert Habek G7 ölkələrinin buna razı olmayacağını deyib.