“Ər-Riyadın 11 sentyabrda baş vermiş terrorla əlaqəsi yoxdur”

20-04-2016, 01:27           
“Ər-Riyadın 11 sentyabrda baş vermiş terrorla əlaqəsi yoxdur”
“ABŞ-da törədilmiş 11 sentyabr terrorunun Səudiyyə Ərəbstanıyla əlaqəsini sübüt edən heç bir fakt yoxdur”.

Musavat.com xəbər verir ki, bu sözləri Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest çıxışı zamanı bildirib.

Məlumata görə, 11 sentyabrda törədilən terror aktını araşdıran komissiyanın dərc etdiyi məruzədə qeyd olunub ki, Səudiyyə Ərəbistanı hökumətinin və yüksək rütbəli nümayəndələrinin teroristlərlə əlaqəsini göstərən heç bir fakt yoxdur.

Əvvəllər Amerika mətbuatında 2002-ci ildə terror aktını araşdıran komissiyanın məruzəsində 28 gizli səhifə olduğu barədə xəbərlər yer almışdı. Bildirilirdi ki, bu səhifələrdə Səudiyyə Ərəbistanının rəsmi nümayəndələrinin teroristləri dəstəkləməsi ilə bağlı faktlar yer alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru