ABŞ-ın Nyu-York ştatındakı ilkin seçkidə Hillari Klinton qalib gəlib
20-04-2016, 09:40
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Nyu-York ştatında demokratlar daxilində praymerizin mühüm raundunun qalibi olub.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hesablanmış 44 faiz səslərdən Klinton 60,6 faiz göstərici ilə rəqibi Vermont ştatından olan senator Berni Sandersi (39,5%) qabaqlayıb.