"Oliqarxlar media orqanlarını alır" - Hesabat

20-04-2016, 11:31           
"Oliqarxlar media orqanlarını alır" - Hesabat
Son bir ildə dünyada media azadlığında kəskin eniş müşahidə olunub. Türkiyə, Polşa, Tacikistan və Misir kimi ölkələrdə hökumət mediaya məhdudiyyətləri gücləndirib.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 20-də Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb.

RSF dünyanın bir çox yerində informasiya azadlığında geriləmə olduğunu vurğulayır. Müstəqil media “dini ideologiyalar”ın, “genişmiqyaslı təbliğat maşınları”nın yaratdığı təhlükəylə üz-üzə qalıb.

“Oliqarxlar media orqanlarını alır və onlara təzyiq göstərir, bu təzyiq, eyni zamanda, hökumətlərdən də gəlir”, RSF bildirir.

Dünyada mətbuat azadlığına görə ilk yerləri Finlandiya, Niderland, Norveç, Danimarka və Yeni Zelandiya tutur. Son yerlərdə isə Çin, Suriya, Türkmənistan, Şimali Koreya və Eritrea qərarlaşıb.

Reytinqi ən çox düşən ölkələr arasında Tacikistan da yer alıb. RSF bildirir ki, Prezident Emomali Rahmon narazıları susdurmaqdan ötrü antiterror tədbirlərindən istifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.