Rusiya “Gecə ovçusu”nu İraqa göndərir 20-04-2016, 11:38 Rusiya İraqı “Gecə ovçusu” ləqəbli Mi-28 vertolyotu ilə təchiz edəcək.Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi hərbi mənbələrinə istinadən məlumat yayıb.Mənbənin sözlərinə görə, İraqa 20 ədəd vertolyot göndəriləcək.İraqdan əlavə, Əlcəzair də Rusiyadan Mi-28 hərbi vertolyotu alıb.Qeyd edək ki, “Gecə ovçusu” gecə görmə qabiliyyətinə malikdir. Mi-28 hava və quru hədəflərinə qarşı mübarizə apara bilir. Facebook-da paylaş