"Hasilatı artırın" -

20-06-2022, 08:24           
"Hasilatı artırın" -
Ekspertlər üçüncü rübdə ABŞ-da benzinin qiymətinin bir qallon üçün rekord həddən - 5 dollardan 4,27 dollara enəcəyini proqnozlaşdırırlar.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib.

O qeyd edib ki, Vaşinqton dünya üzrə neft və qaz istehsalçılarını, o cümlədən OPEC-i yanacağın qiymətini endirmək üçün hasilatı artırmağa çağırır. Gələn həftə nazir ABŞ-ın neft-qaz şirkətlərinin rəhbərləri ilə problemi müzakirə etməyi planlaşdırır.

"Prezident Bayden dünyanın bütün təchizatçılarından istehsalı artırmağı xahiş edib. Buraya OPEC , bizim yerli neft və qaz hasilatçılarımız daxildir”, – Cennifer Qranholm CNN-ə müsahibəsində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru