“Rusiya Avropanı qorxutmaq üçün yeni üsullar axtarır” - Zelenski
20-06-2022, 08:58
Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya sülh istəmir və Avropanı qorxutmaq üçün yeni üsullar axtarır.
«UNİAN» xəbər verir ki, bu barədə prezident Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri ilə görüşdən sonra keçirilən brifinqdə bəyan edib.
“Bu gün diplomatik səylər mövzusuna toxunduq. Hamı görür ki, bütün səylər üçün yeganə maneə Rusiyanın real danışıqlara və sülhün bərpasına hazır olmamasıdır. Biz burada olarkən Rusiya ordusu Donbasa qəddar hücumunu davam etdirir, Xarkov vilayəti istiqamətndə öz qruplaşmasını gücləndirir. Həmçinin Ukraynanın cənubundakı səddi möhkəmləndirir” – deyə, o, qeyd edib.
Zelenski əlavə edib ki, işğalçı dövlət sülhün alternativi olmadığını anlamalıdır.