Almaniya ölkənin “yaşıl” keçiddən imtina etməyə məcbur olduğunu etiraf edib

20-06-2022, 11:18           
Almaniya ölkənin “yaşıl” keçiddən imtina etməyə məcbur olduğunu etiraf edib
Almaniyanın qaz anbarlarında lazımi ehtiyatların olmaması səbəbindən kömürlə işləyən elektrik stansiyalarını yenidən şəbəkəyə qoşmaq, beləliklə də “yaşıl” keçiddən müvəqqəti imtina etmək lazımdır.

Trend yerli "ZDF" telekanalına istinadla xəbər verir ki, bunu Almaniyanın "Alyans 90/Yaşıllar" partiyasından olan iqtisadiyyat naziri Robert Habek bildirib.

Onun sözlərinə görə, ölkə hazırda qazdan çox asılı vəziyyətdədir. Ona görə də görülən tədbirlər, mərhələli addımlar düzgün addımlardır.

"Hazırda kömürlə işləyən elektrik stansiyaları gələn qışda enerji ilə təmin etmək üçün yeganə variantdır və mövcud atom elektrik stansiyaları nüvə yanacağı qıtlığı səbəbindən gələn yaya qədər ölkənin enerji təhlükəsizliyinə töhfə verə bilməyəcək", - nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru