Litva sanksiyalı yükləri Kalininqrada daşımaqdan imtina etdi – Rusiyadan müharibə hədəsi gəldi

20-06-2022, 11:34           
Litva sanksiyalı yükləri Kalininqrada daşımaqdan imtina etdi –
Litva Dəmiryolları Agentliyi Rusiyanın Kalininqrad vilayətinə Avropa Birliyinin sanksiyaları altına düşən məhsulların daşınmasının bu gündən etibarən dayandırılması barədə xəbərdarlıq təqdim edib. Vilayətin qubernatoru Anton Əlixanovun dediyinə görə, qadağa Rusiyadan vilayətə Litva dəmiryolları ilə daşınan yüklərin 50 faizdən çoxunu əhatə edir.

Qubernator bildirib ki, onlar bu addımı gözlədiklərinə görə Baltik dənizi ilə yükdaşımaları təmin etmək üçün əlabə bərələr əldə edilib.

Rusiyalı ekspertlər isə bu addımı Litvanın Kalininqradı mühasirəyə alması kimi qiymətləndirərək, mühasirənin aradan qaldırılması üçün həbri əməliyyatın keçirilməsi variantını müzakirə etməyə başlayıblar. Hətta bəzi hərbi ekspertlər NATO-nun vilayəti ələ keçirmək planının olduğunu, Rusiyanın bu halda atom silahından istifadə etməyə məcbur qalacağını da iddia etməkdədirlər./musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru