Qərar var: ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

28-06-2022, 00:18           
Qərar var: ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək
Bazar ertəsi Ağ Ev ABŞ-ın yeni yardım paketinə hava hücumundan müdafiə sistemlərinin daxil ediləcəyini təsdiqləyib.

Prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri Sallivan jurnalistlərə deyib: “Mən təsdiq edə bilərəm ki, biz qabaqcıl hava hücumundan müdafiə imkanlarını özündə birləşdirən paketi yekunlaşdırmaq mərhələsindəyik”.

“Bayden prezident Zelenskiyə bildirib ki, biz ukraynalılar üçün qabaqcıl orta və uzun mənzilli hava hücumundan müdafiə imkanlarını, eləcə də artilleriya sursatları da daxil olmaqla, çox ehtiyac duyulan bəzi digər silahları ehtiva edən paketi yekunlaşdırmaq niyyətindəyik”, – deyə Sallivan bildirib.

Onun sözlərinə görə, Zelenski G7 liderlərinə Kiyevə dünənki raket zərbələri barədə danışıb və “bu raketləri vura biləcək əlavə hava hücumundan müdafiə vasitələrinə” ehtiyacı olduğunu bildirib. Zelenski müharibəni bitirmək istədiyini açıq şəkildə bildirdib.

Madriddə keçirilən NATO sammiti ərəfəsində ABŞ Türkiyə, Finlandiya və İsveç arasında problemi həll etməyə çalışır. Baydenin Ərdoğanla görüş keçirib-keçirməyəcəyi ilə bağlı suala Sallivan “hazırda heç bir şey planlaşdırılmır” desə də, bunu istisna etməyib.

O bildirib ki, “G7 və NATO əsas məsələlərdə mövqelərini yaxınlaşdırırlar.

“Biz dünyanı rəqib bloklara bölmək və hər bir ölkəni seçim etməyə məcbur etmək niyyətində deyilik” dedi. “Biz hamı üçün ədalətli olan bir sıra prinsipləri dəstəkləmək istəyirik”, – deyə Sullivan bildirib.
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.