Suriyada 18 İran hərbçisi öldürülüb

5-05-2016, 10:13           
Suriyada 18 İran hərbçisi öldürülüb
Suriyada gedən döyüşlərdə İran İslam İnqilabı Keşikçilər Korpusunun 18 hərbçisi öldürülüb. “Report”un məlumatına görə, bu barədə İranın kütləvi informasiya vasitələri məlumat yayıb.
Xəbərdə bildirilir ki, həlak olanların əksəriyyətini Əfqanıstandan və Pakistandan gəlmələr təşkil edir.
Öldürülənlərdən 13 nəfəri “Fatimiyun” briqadaları sıralarında döyüşənlərdən ibarət olub. Beş döyüşçü isə İran İslam İnqilabı Keşikçilər Korpusunun Əfqanıstanın və Pakistanın seçmə qoşun döyüşçülərindən ibarət “Zeynəbiyyun” briqadasının hərbçiləri imiş.
Öldürülənlərin meyitləri İrana gətirilib və ölkənin müxtəlif əyalətlərində dəfn edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru