Kameron mikrofonunun açıq olduğunu unutdu,dünyanın ən korrupsiyalaşmış 2 ölkəsinin adını açıqladı
11-05-2016, 23:00
Britaniya baş naziri Devid Kameron Bukingem sarayında kraliça II Yelizveta ilə görüşündə mikrofonunun açıq qaldığını unuduraq dünyanın ən çox korrupsiyalaşmış iki ölkəsinin adını çəkib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kameron Nigeriya və Əfqanıstanı fantastik dərəcədə korrupsiyalaşmış ölkələr adlandırıb:
"Bu gün Nazirlər Kabinetinin çox uğurlu iclasını keçirdik. Qarşıdakı antikorrupsiya sammitindən danışdıq. Sammitdə nigeriyalılar da olacaq. Britaniyaya Nigeriya və Əfqanıstan kimi, sözün əsl mənasında fantastik dərəcədə korrupsiyalaşmış ölkələr gələcək. Bunlar bəlkə də dünyanın ən korrupsiyalaşmış iki ölkəsidir".
Nigeriya prezidenti Məhəmməd Buxari Kameronun bu sözlərindən heyrətə gəldiyini bildirib. O qeyd edib ki, ola bilsin, baş nazir Nigeriyanın indiki dövrünü yox, xoşagəlməz keçmişini nəzərdə tuturmuş.