Rusiya XİN rəsmisi Ərdoğan haqqında qalmaqallı fikir bildirdi
12-05-2016, 23:31
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qara dənizlə bağlı söylədiyi fikrə münasibətini bildirib.
Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, jurnalistlərdən birinin verdiyi: “Ərdoğanın Qara dənizin “rus gölü”nə çevrilməsi ilə əlaqədar dediyi sözləri necə şərh edərdiniz?” sualına M,Zaxarova cavab verib: “Bilirsiniz, mən həkim deyiləm”. Bu cavab brifinqə toplanmış jurnalistlərdə gülüş doğurub.
Qeyd edək ki. son çıxışlarından birində Türkiyə prezidenti NATO-nun 8-9 iyul tarixlərində keçiriləcək samiti barədə danışarkən, Alyansın Qara dənizdə daha fəal olmasının zəruriliyini qeyd etmiş və hazırda bu dənizin “rus gölü”nə çevrildiyini bildirmişdi.
Virtualaz.org əlavə edir ki, Qara dənizin sahil xəttinin ümumi uzunluğu təxminən 4340 km-dir və bu, həmin dənizə çıxışı olan ölkələr arasında aşağıdakı kimi paylanıb: