Rusiya qoşunları Luqansk vilayətini tərk edir, Xotomlya və Streleçya kəndlərinə yenidən Ukrayna bayrağı sancılıb

12-09-2022, 15:35           
Rusiya qoşunları Luqansk vilayətini tərk edir, Xotomlya və Streleçya kəndlərinə yenidən Ukrayna bayrağı sancılıb
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı ilə əlaqədar Luqansk vilayətindəki dislokasiya yerlərini tərk etməyə tələsir.

AFN Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri ailələri ilə birlikdə Luqansk vilayətini tərk edirlər: "Rusiya ilə sərhəd istiqamətində böyük avtomobil növbələri yaranıb”.

Məlumata görə, Donetsk və Luqansk vilayətlərində döyüşlər gedir, Xersonda isə Rusiya qoşunları təslim olmağa hazırlaşır.

Eyni zamanda Xarkov vilayətinin Xotomlya və Streleçya kəndlərində Ukrayna bayrağının dalğalandığı qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru