Gürcüstan məktəblərində şahmat məcburi fənn oldu

13-09-2022, 08:16           
Gürcüstan məktəblərində şahmat məcburi fənn oldu
Yeni tədris ilindən Gürcüstanın bütün məktəblərində şahmat birinci sinif şagirdləri üçün məcburi fənn olacaq.

Bu barədə ölkənin Təhsil Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

“Yeni tədris ilindən məktəblilər birinci sinifdə icbari fənn kimi şahmatı öyrənəcəklər”, - deyə nazirlikdən bildirilib.

Qeyd edildiyi kimi, yayda Təhsil Nazirliyi Gürcüstan Şahmat Federasiyası ilə əməkdaşlıq çərçivəsində məktəblərdə şahmatdan dərs deyən 4000 müəllimin yenidən hazırlanmasını həyata keçirib. Prosesə beynəlxalq qrossmeyster və ustalardan ibarət məşqçilər qrupu rəhbərlik edib.

Məktəb dərsliklərində öz əksini tapacaq müvafiq tədris resursları da hazırlanıb.

Gürcüstan məktəblərində 2022-2023-cü tədris ili sentyabrın 15-də başlayacaq. Ölkə məktəblərində I sinifdən XII sinfə kimi 632 726 şagird təhsil alacaq. Bu il ölkədə 55 717 uşaq birinci sinfə gedəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru