İran ordusunun quru qoşunları komandanı, general Kioumars Haydari İsrailə zərbələr endirmək üçün uzun mənzilli pilotsuz uçuş aparatı (PUA) hazırladıqlarını açıqlayıb. İran dövlət televiziyasına danışan general “Arash-2” adlı PUA-ların Təl-Əviv və Hayfa şəhərlərinə zərbələr endirmək üçün xüsusi olaraq hazırlandığını deyib. "Bu PUA-lar uşaq öldürən rejimi tamamilə məhv etmək üçün istehsal edilib", - deyə general vurğulayıb.