ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ Tehranın İranın nüvə sazişini canlandırmaq üçün Qərbin təkliflərinə verdiyi son cavabın bu məsələ ilə bağlı danışıqları geridə qoyduğuna inanır və bu, yaxın perspektivdə razılığa gəlməyi çətinləşdirir.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Son həftə ərzində gördüklərimiz, xüsusən də İranın Aİ-nin təklifinə cavabı geriyə doğru bir addımdır və mən deyərdim ki, qısa müddətdə razılaşmanın perspektivini çətinləşdirir”, - Blinken deyib.
O əlavə edib ki, hazırda Tehranın mövqeyinə görə İranın nüvə proqramı üzrə sazişin bərpasının mümkün vaxtı barədə danışmaq çətindir.
Bundan əvvəl İsrailin müdafiə naziri Benni Qantz bildirib ki, İran nüvə silahı hazırlamağa yaxındır. Onun sözlərinə görə, Tehranın müvafiq istəyi İsrail kəşfiyyatının məlumatları ilə təsdiqlənir.