Rusiyanın Ermənistandakı səfiri daşnaklarla vəziyyəti MÜZAKİRƏ ETDİ

13-09-2022, 09:58           
Rusiyanın Ermənistandakı səfiri daşnaklarla vəziyyəti MÜZAKİRƏ ETDİ
"Daşnaksütyun" Partiyası Bürosunun siyasi nümayəndəsi Armen Rustamyan və partiyanın ali orqanının nümayəndəsi İşxan Saqatelyan sentyabrın 12-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüblər.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda "Armenianreport" nəşri məlumat yayıb.

“Ermənistan-Rusiya strateji tərəfdaşlığının, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsinin, Ermənistan və Qarabağ arasında maneəsiz və tam hüquqlu əlaqənin təmin edilməsinin və bu kontekstdə Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin əhəmiyyəti qeyd edilib”, - deyə görüşlə bağlı terrorçu partiyanın saytında yerləşdirilmiş məlumatda bildirilir

Qeyd olunur ki, tərəflər Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətləri və regional proseslərlə bağlı da fikir mübadiləsi aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru