Slovakiyada Ukrayna üçün silah istehsal ediləcək

3-10-2022, 08:06           
Slovakiyada Ukrayna üçün silah istehsal ediləcək
Slovakiya Danimarka, Norveç və Almaniyadan gələn pullarla Ukrayna üçün silah istehsal edəcək.

Bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Danimarka hökuməti Slovakiya, Norveç və Almaniya ilə birlikdə “Zuzana-2” artilleriya sistemlərinin istehsalı və Ukraynaya verilməsi üçün Slovakiyaya maliyyə yardımı göstərmək niyyəti haqqında birgə bəyanat imzalayıb.

Yardımın ümumi məbləği 103,4 milyon dollar təşkil edəcək.

“Bu ianə ilə Danimarka yenidən Ukraynaya lazımi avadanlıqla kömək edir. Təəssüf ki, Ukraynada müharibə uzanacaq. Ona görə də ukraynalıların azadlıq uğrunda mübarizəsini gələcəkdə də dəstəkləməyimiz son dərəcə vacibdir”, – məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru