Rusiyada ordudan yayınma halları son on ilin ən yüksək həddinə çatıb 3-10-2022, 09:04 Rusiyada 2022-ci ilin yazındakı çağırış kampaniyasından sonra ordudan yayınma ilə bağlı cinayət işlərinin sayı son on ilin ən yüksək həddinə çatıb.Bu barədə oktyabrın 2-də Moskva Şəhər Məhkəməsindən məlumat verilib.Məlumata görə, mayın 1-dən sentyabrın 20-dək olan müddətdə məhkəmələrə hərbi xidmətdən yayınma maddəsi ilə 410 cinayət işi daxil olub.Bundan əvvəl analoji cinayət işləri üzrə rekord 2021-ci ildə müəyyən edilib. O zaman 385 belə iş məhkəmələrə daxil olub. (Mənbə: lenta.ru) Facebook-da paylaş