“Putinin nüvə təhdidlərini ciddi qəbul edirik” - Almaniyanın xarici işlər naziri

4-10-2022, 08:16           
“Putinin nüvə təhdidlərini ciddi qəbul edirik” -
Almaniyanın xarici işlər naziri Annalena Burbok Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı təhdidlərini çox ciddi qəbul etdiyini bildirib.

Bu barədə “Report” “Neue Osnabrücker Zeitung” nəşrinə istinadən xəbər verir.

“Biz onun sözlərini çox ciddi qəbul edirik. Müharibənin 220 günündən artıq müddətdə Vladimir Putin dəfələrlə göstərdi ki, o, ən dəhşətli hərbi cinayətlərdən çəkinmir”, - Burbok bildirib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək: “Əgər Rusiya bu müharibədə qalib gəlsə, yəni Ukraynanı məhv etsə, o zaman nəinki Avropa sülh nizamı bərbad olacaq, heç bir kiçik ölkə artıq təhlükəsiz olmayacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru