ABŞ Bosniya və Herseqovinanın baş nazirinə qarşı sanksiya tətbiq edib

4-10-2022, 08:15           
ABŞ Bosniya və Herseqovinanın baş nazirinə qarşı sanksiya tətbiq edib
ABŞ hakimiyyəti Bosniya və Herseqovina Federasiyasının baş naziri Fadil Novaliçə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Novaliç pensiyaçılar haqqında məlumatlardan öz siyasi partiyasının maraqları naminə sui-istifadə etməkdə ittiham olunur. O, həmçinin Bosniya və Herseqovina qanunlarını pozmaqda günahlandırılır.

ABŞ Maliyyə Nazirliyinin sənədlərindən birində amerikalıların Bosniya və Herseqovinanın ən zəngin vətəndaşlarından biri hesab etdikləri Slobodan Stankoviçə qarşı da sanksiyaların tətbiq edildiyi bildirilir. Onun tikinti sektorunda korrupsiya ilə məşğul olduğu iddia edilən “Integral Inzenjering A. D. Laktasi” mühəndislik şirkəti məhdudiyyət altına düşüb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru