Böyük Britaniyada yeni hökumətin tərkibi elan edilib

26-10-2022, 00:34           
Böyük Britaniyada yeni hökumətin tərkibi elan edilib
Bu gün rəsmi olaraq Böyük Britaniyanın Baş naziri təyin olunan Rişi Sunak kabinet üzvlərini müəyyən etməyə başlayıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Ceyms Kleverli xarici işlər naziri, Ceremi Hunt maliyyə naziri, Ben Uolles müdafiə naziri vəzifələrini icra etməyə davam edəcək.
Ətraflı

Bir həftə öncə Liz Trass hakimiyyəti zamanı istefa verən Suella Breyverman daxili işlər naziri olaraq öz vəzifəsinə geri dönüb.

Dominik Raab baş nazirin müavini və ədliyyə katibi təyin edilib.

Nadim Zahavi isə Mühafizəkarlar Partiyasının sədri təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru