İsrail Ukraynaya kömək edəcək - Amma HHM sistemi verməyəcək...
26-10-2022, 08:35

İsrailin Müdafiə naziri Beni Hans ukraynalı həmkarı Aleksey Reznikov ilə ünsiyyətdə olub. Telefon danışığının yekununda məlum olub ki, İsrail Ukraynaya kömək edəcək, amma ona HHM sistemi verməyəcək.
Bu barədə İsrailin Müdafiə Nazirliyinə istinadla «The Jerusalem Post» nəşri xəbər verib («UNİAN»).
Nəşrin qeyd etdiyi kimi, Hans Reznikovla «müsbət diskusiya» aparıb. Telefon danışığının gedişində Ukraynanın Müdafiə naziri Rusiya Federasiyasının (RF) tammiqyaslı təcavüzü fonunda ölkədəki situasiya barədə danışıb.
Yekunda Hans və Reznikov ilkin vətəndaş xəbərdarlığı sistemi barədə Ukraynaya köməyin göstərilməsi sahəsində peşəkar dialoqu davam etdirməyi qərara alıblar.
Məlum olub ki, İsrail raket hücumu barədə ilkin xəbərdarlıq sisteminin işlənməsi sahəsində Ukraynaya kömək edəcək, amma heç bir silah sistemi verməyəcək - baxmayaraq ki, bundan əvvəl Ukrayna HHM sistemi xahiş etmişdi. Hans imtinanın səbəbini «operativ məhdudiyyətlə» izah edib.
«Nazir Hans münaqişə vaxtı insanların faciəli surətdə həlak olmaları ilə bağlı başsağlığı verib və müharibə nəticəsində yaranmış humanitar böhrandan narahatlığını ifadə edib…»
İsrailin Müdafiə naziri ilə danışıqları tezliklə Reznikov özü də şərh edib. Özünün “Tvitter”ində o, yazıb: «Biz, Ukraynadakı təhlükəsizliklə bağlı situasiyanı və bizim ikitərəfli əməkdaşlığımızın gələcək inkişaf yollarını müzakirə etdik. Biz, həm də humanitar və tibbi köməyin göstərilməsini müzakirə etdik».