Almaniya prezidenti Ukraynada bomba sığınacağında qaldı

26-10-2022, 08:38           
Almaniya prezidenti Ukraynada bomba sığınacağında qaldı
Oktyabrın 25-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfəri zamanı Çerniqov vilayətinin Koryukovka şəhərindəki bomba sığınacağında bir saat yarım qalmalı olub.

Məlumata görə, dövlət başçısının səfər planlarına hava hücumu xəbərdarlığı mane olub.

Ştaynmayerin mətbuat katibi Serstin Qammelinin sözlərinə görə, Almaniya prezidenti onunla ilə eyni sığınacaqda qalan Koryukovka sakinləri ilə danışıb.

"Demək olar ki, hər gün bununla qarşılaşırıq!”, - deyə qadınlar çox vaxt həyəcan siqnalına məhəl qoymadıqlarını etiraf ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru