Almaniyada Ukraynanın bərpasına kömək məqsədilə sərvət vergisi tətbiq edilə bilər

27-10-2022, 09:34           
Almaniyada Ukraynanın bərpasına kömək məqsədilə sərvət vergisi tətbiq edilə bilər
Almaniya Sosial Demokrat Partiyasının həmsədri Saskia Esken ölkədə sərvət vergisinin tətbiqini təklif edib.

Bu təklif Ukraynanın bərpasına daha çox vəsaitin köçürülməsi məqsədilə irəli sürülüb.

“Ölkəmizdə cəmiyyəti bir araya gətirən, Ukraynada yenidənqurmaya dəstək verən və eyni zamanda qlobal aclıq böhranına göz yummayan, həmrəyliyə əsaslanan dövlətin effektiv şəkildə maliyyələşdirilməsi üçün super varlıların aktivlərinə vergi tətbiq edilməlidir. Bu vergi həmrəyliyə əsaslanmalıdır”, - deyə Olaf Şoltsun ​​əməkdaşı qeyd edib.

Solçuların parlament fraksiyasının lideri Ditmar Barç da Eskenin fikirləri ilə razılaşıb.

“Super varlıların ümumavropa səviyyəsində iştirakına ehtiyacımız var. Onsuz da inflyasiya və enerji qiymətlərindən əziyyət çəkən adi vergi ödəyiciləri müharibənin hesabını təkbaşına ödəməməlidirlər”, - deyə o vurğulayıb.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru