Zelenski Ukraynada istifadə olunan İran PUA-larının sayını açıqladı

27-10-2022, 10:05           
Zelenski Ukraynada istifadə olunan İran PUA-larının sayını açıqladı
Rusiya artıq Ukrayna ərazisində İranın 400-ə yaxın kamikadze PUA-sını istifadə edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəyə səfərə gələn Qvineya-Bisau Prezidenti Umaru Sissoko Embalo ilə birgə keçirdiyi brifinqdə açıqlama verib.

“Artıq 400-ə yaxın İran pilotsuz uçuş aparatı Ukraynanın mülki əhalisinə qarşı istifadə olunub. Buna baxmayaraq, mən hərbçilərimizə minnətdaram ki, onların 60-70%-i vurulub. Bu pis nəticə deyil, lakin İran PUA-larının hücumlarına görə yaxınlarını itirən hər kəsə başsağlığı verirəm”, - Ukrayna dövlət başçısı bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna Silahlı Qüvvələrinin İranın 273 ədəd “Şahed-136” kamikadze dronunu məhv etdiyi barədə məlumat verilib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru