Londonda neft və qaz yataqlarının işlənməsinə qarşı olan fəallar avtosalonları boyadılar - FOTO/VİDEO

27-10-2022, 10:43           
Londonda neft və qaz yataqlarının işlənməsinə qarşı olan fəallar avtosalonları boyadılar - FOTO/VİDEO
Yeni neft və qaz yataqlarının işlənməsinə qarşı çıxan “Just Stop Oil” ətraf mühit fəalları Böyük Britaniyanın paytaxtı Londonun mərkəzindəki bir sıra avtosalonları boyayıblar.

“Bentley”, “Bugatti” və “Ferrari” dilerlərinin binaları “narıncı zərbə altında” qalıb. Etirazçılar Böyük Britaniyanın 2025-ci ildə 46 yataqda neft və qaz hasilatına başlamaq planına etiraz ediblər.

Oxşar etirazlar bir aya yaxındır ki, davam edir.

Xatırladaq ki, bundan əvvəl Londonda lobbi qrupunun qərargahı üzərinə boya tökülüb, Madam Tüsso muzeyində III Karlın mum fiqurunun şokoladlı tort, Vinsent van Qoqun “Günəbaxanlar” tablosunun üzərinə isə pomidor şorbası atılıb.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru