Çində büdcə kəsiri rekord həddə çatdı

27-10-2022, 11:06           
Çində büdcə kəsiri rekord həddə çatdı
2022-ci ilin ilk doqquz ayında Çinin büdcə kəsiri rekord həddə - 7,16 trilyon yuana (təxminən 980 milyard ABŞ dolları) çatıb.

Ölkənin böyük şəhərləri COVID-19 epidemiyası və mənzil bazarında tənəzzül fonunda görünməmiş problemlərlə üz-üzədir.

Çin Maliyyə Nazirliyinin dərc etdiyi məlumatlara əsasən, cari kəsir hər hansı digər dövrlə müqayisədə daha böyükdür və keçən ilki dəyəri təxminən üç dəfə üstələyib.

Hökumət gəlirləri həm də çoxsaylı “lokdaunlar” səbəbindən tələb olunan kütləvi vergi güzəştləri səbəbindən çökür.

Üçüncü rübdə 3,9 faiz olan iqtisadi artım Çinin böhrandan çıxdığını göstərmir. Bu, əsasən, infrastruktura artan sərmayə ilə bağlıdır, pərakəndə satışlar azalmaqda və işsizlik artmaqda davam edir. Bu fonda Çin Xalq Bankı yuanı 2008-ci ilin fevralından bəri ən aşağı səviyyəyə endirib.

Xatırladaq ki, ölkədə milli valyutanın ucuzlaşması aprelin sonundan davam edir.

Mənbə: Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru