ABŞ Pakistana yardım edəcək

28-10-2022, 11:25           
ABŞ Pakistana yardım edəcək
ABŞ dağıdıcı daşqınlardan zərər çəkmiş Pakistan əhalisinə 30 milyon dollarlıq humanitar yardım göstərəcək.

Bu barədə ABŞ-ın Pakistandakı səfirliyindən məlumat verilib.


“Yeni yardım paketi təbii fəlakətdən ən çox zərər çəkmiş 4 milyondan çox pakistanlının təcili ehtiyaclarını qarşılayacaq”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, bir müddət öncə Vaşinqton daşqınların aradan qaldırılması və sakinlərə yardım üçün Pakistana 97 milyon dollara qədər yardım edəcəyini açıqlayıb.

Xatırladaq ki, Pakistan hökumətinin məlumatına görə, ölkədə baş verən dağıdıcı daşqınlar əsrin ən böyük iqlim faciələrindən birinə çevrilib. Təbii fəlakət nəticəsində 1700-dən çox pakistanlı həlak olub, 33 milyon insan isə təbii fəlakətdən zərər çəkib. Daşqınların ölkəyə vurduğu ziyan 40 milyard dolları ötür.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru