Avropadan Ukraynaya elektrik enerjisinin idxalına başlandı
28-10-2022, 10:48
Dünəndən “Energeticheskaya kompaniya Ukrainy” Avropadan elektrik enerjisinin ilk sınaq idxalını həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidmətindən məlumat verilib.
Elektrik enerjisinin sınaq idxalı Slovakiyadan həyata keçirilib və onun gücü 1 MVt olub.
“Avropadan Ukraynaya elektrik enerjisinin idxalının texniki imkanları bizim enerji sistemimizin fəaliyyətini sabitləşdirmək üçün daha bir vasitədir. Biz onun həyata keçirilməsinə hazır olmalıyıq”, - müəssisənin baş direktoru Vitali Butenko vurğulayıb.
Qeyd olunur ki, Ukraynanın Enerji Şirkəti idxal hüququnu dövlətlərarası elektrik şəbəkələrinə çıxış üçün açıq hərrac nəticəsində əldə edib.
Oktyabrın 25-də NEC “Ukrenergo” milli ötürmə sisteminin operatoru EGO keçirib.
Qeyd edək ki, Ukrayna-Rusiya qarşıdurması başlayandan Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynanın elektrik enerjisi sənayesinin obyektlərinə 85 hücum həyata keçirib.