Si Cinpin Səudiyyə Ərəbistanına səfər edəcək

28-10-2022, 11:56           
Si Cinpin Səudiyyə Ərəbistanına səfər edəcək
Çin prezidenti Si Cinpin yaxın vaxtlarda Səudiyyə Ərəbistanına səfər edəcək.

Bu barədə krallığın xarici işlər naziri şahzadə Faysal bin Fərhan məlumat yayıb. O, çinli həmkarı Vanq Yi ilə görüşdükdən sonra mətbuata açıqlama verib.

Onun sözlərinə görə, iki ölkə arasında tarixi və möhkəm münasibətlər ümumi prinsiplərə və qarşılıqlı hörmətə əsaslanır ki, bu da “beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verir”.

Si Cinpin sonuncu dəfə Səudiyyə Ərəbistanına 2016-cı ildə səfər edib. 2019-cu ildə isə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pekinə səfər edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru