Pentaqon Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb

29-10-2022, 08:54           
Pentaqon Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb
Ukraynaya hərbi yardımların göndərilməsi davam edir

ABŞ Ukraynaya 275 milyon dollarlıq növbəti hərbi yardım paketi ayırıb.

Bu barədə jurnalistlərə cümə günü keçirdiyi brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib.

“Nazirlik müdafiə sektorunda ehtiyacların ödənilməsi üçün Ukraynaya 275 milyon dollar məbləğində təhlükəsizlik yardımının 24-cü tranşının ayrıldığını elan edir”, - o deyib.

Qurumdan bildirilib ki, Ukraynaya yeni hərbi yardım paketinə HIMARS üçün raketlər, artilleriya mərmiləri, “Humvee” zirehli maşınları və atıcı silahlar daxildir.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru