Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandıracaq

29-10-2022, 10:44           
Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandıracaq
Böyük Britaniya hökuməti 2023-cü il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyacaq.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin cümə günü dərc etdiyi məlumatda​ deyilir.

“Böyük Britaniya 2023-cü il yanvarın 1-dən Rusiya mayeləşdirilmiş təbii qazının idxalını dayandıracaq və dünya ölkələrinə öz asılılığını azaltmaqda dəstək verəcək”, - deyə “Twitter”də dərc edilən bəyanatda bildirilib.

Qeyd edək ki, 2021-ci ilə qədər Böyük Britaniya bazarına daxil olan qazın demək olar ki, yarısı Britaniyanın Şimal dənizi şelfindən çıxarılıb. Norveç krallığın ən böyük qaz təshizatçısıdır. Eyni zamanda, idxalın təxminən 17%-ni mayeləşdirilmiş təbii qaz təşkil edir ki, bunun da böyük hissəsi Qətər, ABŞ və Rusiya tərəfindən tədarük olunur.

Ötən il Böyük Britaniya 3,12 milyard kubmetr Rusiya qazı idxal edib ki, bu da həməin yanacaq növü üzrə ümumi istehlakının 4% -nə bərabərdir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru