Rusiya İran raketləri ilə Ukraynaya zərbə vurmağa hazırlaşır...
5-11-2022, 11:08
Ukrayna İran istehsalı dronların qarşısını alan İsrail hərbi texnologiyalarını əldə etdikdən sonra xeyli sayda dronlar məhv edilmişdi. İndi məlumat yayılıb ki, Rusiya Ukraynaya zərbə endirmək üçün İrandan qısa mənzilli Fateh və Zülfüqar ballistik raketlərini alır. Bu raketlərin daha sürətli, daha yüksəkliyə qalxdığı, daha dağıdıcı və dəqiqliyinin də yüksək olduğu bildirilir. Bu raketlər təxminən Rusiyanın "İsgəndər" raketləri ilə müqayisə oluna bilir. Ukrayna artıq bu raketlər əleyhinə Almaniyadan yeni zenit-raket kompleksləri sifariş edib. Amerikanlar da tələm-tələsik İranın ballistik raketləri əleyhinə Ukraynaya ən mükəmməl, Norveç istehsalı olan NASAMS hava hücumundan müdafiə vasitələri göndəriblər. Bu sistem göydə 40 km radiusda və 30 km hündürlükdə istənilən hücumu zərərsizləşdirə bilir. Belə görünür ki, İranın silah arsenalı Rusiyanın işğalçılıq siyasəti üçün hələ çox fayda verəcək. Osman Gündüz Teref.az