İran etirazları yatırmaq üçün Rusiyadan kömək istədi

6-11-2022, 00:05           
İran etirazları yatırmaq üçün Rusiyadan kömək istədi
İrandakı etirazlar molla rejimini bərk qorxuya salıb. İslam Respublikasının qeyri-müəyyən gələcəyindən narahat olan Tehran Rusiyadan Qərbə və İran daxilində etirazçılara qarşı təhlükəsizlik dəstəyi verməsini istəyib. Ukrayna savaşında Putinə silah dəstəyi verməklə və Qərblə nüvə sazişini imzalamaqdan vaz keçən İran Rusiyanın istəyini qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Fiqaro” qəzetinin tanınmış jurnalisti Georges Malbruno öz məqaləsində İran və Rusiya arasında artan yaxınlıq və hərbi əməkdaşlığa toxunaraq yazıb ki, Tehran Ukrayna savaşında silah dəstəyi müqabilində indi Moskvadan dəstək gözləyir.

Qəzetdə bildirilir ki, oktyabrın 6-da İslam Respublikasının 1-ci vitse-prezidenti Məhəmməd Moxber 2 SEPAH generalı və İran Ali Milli Təhlükəsizlik Şurasının bir üzvü ilə birlikdə Moskvaya gedib və Rusiyaya Ukrayna müharibəsində silah dəstəyi qarşılığında rəsmi şəkildə daxildə sakitlik yaratmaq üçün dəstək istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru