Çin litiuma sərmayə qoyuluşuna məhdudiyyətə görə Kanadaya etiraz edib

6-11-2022, 11:12           
Çin litiuma sərmayə qoyuluşuna məhdudiyyətə görə Kanadaya etiraz edib
Rəsmi Pekin Ottavanın üç Çin şirkətinin Kanadada litium hasilatına investisiya qoyuluşuna məhdudiyyət tətbiqinə etiraz edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Çinin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

"Çin Xalq Respublikası qəti şəkildə Kanadanın milli təhlükəsizliyi (qorumaq) bəhanəsi ilə Çin və Kanada şirkətləri arasında normal işgüzar əməkdaşlığı pozan və əngəlləyən hərəkətlərinə qarşı çıxır", - Ticarət Nazirliyinin nümayəndəsi bildirib. Nazirlikdən qeyd edilib ki, Çin öz müəssisələrinin qanuni hüquq və maraqlarını güclü şəkildə qorumaq üçün lazımi tədbirlər görəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru