BMT-dən ÇAĞIRIŞ: 2 əməkdaşı oğurlandı

16-11-2022, 09:48           
BMT-dən ÇAĞIRIŞ:
Birləşmiş Millətlər Təşkilatının 2 əməkdaşı oğurlanıb.

Publika.az xəbər verir ki, hadisə Mərkəzi Afrika Respublikasının şimalındakı Vakaqa bölgəsində qeydə alınıb.

İlkin iddialara görə, hadisəni üsyançı qrupların törətdiyi ehtimal olunur.

Amma rəsmi açıqlamalarda oğurluğu hansı qruplaşmanın həyata keçirdiyi barədə məlumat verilmir.


Bununla bağlı BMT Mərkəzi Afrika Respublikası hökumətinə çağırış edib.

Qurum adıçəkilən hökuməti 2 əməkdaşının azad olunması ilə əlaqədar onlara yardım etməsinə çağırıb.

BMT-dən verilən açıqlamada vurğulanır ki, artıq iki nəfərin çalışdığı Fövqəladə İnfrastruktur və Əlaqənin Bərpası Layihəsi (PURIC) ölkədəki bütün fəaliyyətlərini dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru