Türkiyənin həmləsi İsraildə qorxu yaratdı: 2 ölkə hərkətə keçir
Bu gün, 15:44
Misir Türkiyənin yerli istehsal etdiyi beşinci nəsil “KAAN” döyüş təyyarəsi layihəsində iştirak etməyə hazırlaşır. TEREF Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “The Arab Weekly” nəşri məlumat yayıb. Qeyd olunub ki, bu addım həm Ankara-Qahirə münasibətlərində yeni mərhələ, həm də Yaxın Şərqdə güc balansını dəyişdirə biləcək strateji əməkdaşlıq kimi qiymətləndirilir. Layihəyə Misirin də qoşulması təkcə iki ölkənin əlaqələrini möhkəmləndirmir, həm də Şərqi Aralıq dənizi və bütövlükdə region üçün kritik mesaj daşıyır. Misirin “KAAN”a dəstəyi Türkiyənin F-35 proqramından çıxarılmasından sonra müdafiə sənayesində alternativ axtarışlarını gücləndirir. Bu əməkdaşlıq həmçinin Qahirəyə Vaşinqtonun qabaqcıl silah sistemlərinə giriş məhdudiyyətlərini aradan qaldırmaq imkanı verir.