Naməlum milyarder "Titanik"in qalıqlarını görmək üçün 10 milyon dollar ödəyəcək
Bu gün, 15:08
Naməlum milyarder Atlantik Okeanında "Titanik"in qalıqlarını görmək üçün 10 milyon dollar ödəyəcək. O, 2023-cü ildə "Titan" batiskafı ilə baş verən faciədən sonra bunu edən ilk şəxs olacaq.
Bu barədə "New York Post" məlumat yayıb.
Ekspedisiyanın təfərrüatı gizli saxlanılır.
Bildirilir ki, sualtı səfər bir neçə həftə ərzində baş tutacaq.
Qeyd edək ki, "Titanik" 1912-ci ildə Şimali Atlantikada batıb. Onun qalıqlarını görmək üçün okeanın dibinə enən "Titan" turist aparatı isə 2023-cü ildə qəzaya uğrayıb.