ABŞ-də məşhur aktyorun ölümünə səbəb olan qadın günahını etiraf etdi

Bu gün, 15:58           
ABŞ-də məşhur aktyorun ölümünə səbəb olan qadın günahını etiraf etdi
"Ketamin kraliçası" ləqəbi ilə tanınan Casvin Sanqha aktyor Metyu Perrinin ölümünə səbəb olan dərmanların satışını etiraf edib.

BBC xəbər verir ki, 42 yaşlı qadın Los-Ancelesdə beş ittiham üzrə günahını boynuna alıb.

ABŞ və Britaniya vətəndaşlığına malik olan Sanqha əvvəlcə doqquz maddə ilə ittiham olunub. Federal prokurorlar onun Los-Ancelesdəki evini "narkotik ticarət mərkəzi" adlandırıb və reyd zamanı onlarla flakon ketamin aşkar ediblər.

Xatırladaq ki, Perri 2023-cü ilin oktyabrında Los-Ancelesdəki evində ölü tapılıb. Yarılma zamanı onun ketaminin təsirindən öldüyünü məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru