Pentagonun yayımlamadığı sənədlər: ABŞ hərbi pilotlarının UFO ilə yaxın təması

Bu gün, 15:56           
Pentagonun yayımlamadığı sənədlər:
ABŞ Hərbi Dəniz Qüvvələrinin daxilində sızan sənədlərə və pilot ifadələrinə əsasən xəbər verirlir ki, 2024-cü ilin sonlarında bir neçə pilotun təlim zamanı “izaholunmaz uçan obyektlər”lə təmas qurduğu təsdiqlənib. Hadisə Kaliforniya sahillərində baş verib. Pilotların bəziləri radarlarda görünməyən, amma vizual olaraq açıq-aşkar müşahidə olunan, qeyri-adi hərəkət edən obyektləri 6 dəqiqə boyunca izlədiklərini bildiriblər.

Bu hadisədən sonra ABŞ Müdafiə Nazirliyində daxili araşdırma başladılıb.

“DogruXeber.az” yazır ki, yayımlanmayan hesabatlara görə, bu obyektlər klassik aviasiya fizikasına zidd hərəkətlər edib — ani dayanma, 90 dərəcəlik dönmə və səsdən sürətli “qırılma nöqtələri” olmadan irəliləmə kimi qeydə alınan manevrlər. Hətta təyyarələrin elektron sistemlərində qısa müddətli “whiteout” adlanan, bütün göstəricilərin eyni anda pozulması da baş verib.

Bu məlumatlar açıqlanmasa da, ABŞ Konqresində qeyri-rəsmi müzakirələr başlayıb. Artıq bəzi senatorlar və kəşfiyyat veteranları bu obyektlərin ya texnologiyaca bizdən qat-qat üstün bir sivilizasiyaya, ya da insan tərəfindən hazırlanmış və qlobal miqyasda gizli saxlanılan bir texnoloji proqrama aid ola biləcəyini istisna etmirlər.

Bütün bu faktlar, UFO anlayışının artıq uydurma və ya mistik bir termin deyil, dövlət səviyyəsində ciddiyə alınan bir real təhlükə modeli olduğunu göstərir. Gələcək aylarda bu sənədlərin rəsmi açıqlanması və ya daha böyük “sızmaların” baş verməsi mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru