Xaricdən Azərbaycana geyimlərin gətirilməsinə nə qədər xərc çəkilib?
Bu gün, 15:18
Cari ilin yanvar-iyul aylarında Azərbaycana 239 milyon 071,69 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal olunub.
Valyuta.az statistik məlumatlara əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon 663,09 min ABŞ dolları və ya 12,55% çoxdur.
Eyni zamanda qeyd edək ki, 2025-ci ilin ilk yeddi ayında geyim əşyaları və geyim üçün ləvazimatlar ümumi idxalın 1,76%-ni təşkil edib. 2024-cü ilin eyni dövründə bu göstərici 1,97% olub. Beləliklə, məhsulların idxal dəyərində artım olsa da, ümumi idxaldakı payı illik müqayisədə 10,66% azalıb.