Yeni Zelandiya tarixində ilk casus məhkəmə qarşısında
Bu gün, 16:08
Yeni Zelandiyalı hərbçi tribunal qarşısına çıxarılıb və ölkə tarixində ilk dəfə olaraq casusluğa cəhd etdiyini etiraf edib.
Bu barədə "The New Zealand Herald" məlumat yayıb.
Nəşrin məlumatına görə, ifrat sağçı qruplarla əlaqəsi olan hərbçi ölkənin hərbi bazaları haqqında məlumatları gizli polis əməkdaşı olduğu üzə çıxan xarici agentə ötürməyə cəhd edib.
Məhkumun və əməkdaşlığa cəhd etdiyi ölkənin adı açıqlanmır.
Bildirilir ki, məhkum 2020-ci ildə saxlanılıb və ona qarşı casusluq da daxil olmaqla 17 ittiham irəli sürülüb.