64 yaşlı britaniyalı qadın gəncliyində yazdığı gündəlikləri oxuyaraq "TikTok"u fəth edir VİDEO
Bu gün, 15:48
Yazıçı, ədəbi mətnləri təbliğ edən 64 yaşlı Betsi Lerner adlı britaniyalı qadın "TikTok"da qeydiyyatdan keçəndən sonra 20-30 yaşlarında yazdığı gündəlikləri izləyiciləri üçün oxuyaraq məşhurluq qazanıb.
"The Guardian" nəşri xəbər verir ki, qadın 11 yaşından etibarən gündəlik tutmağa başlayıb, lakin 18 yaşa qədər olan yazılarını itirib.
Buna baxmayaraq, 20-30 yaşlarında doldurduğu 30-a yaxın dəftəri çardaqda saxlayıb, bu günə qədər qoruya bilib.
"Mənim gündəliklərimdə olan mövzular çox kədərlidir. Onların hamısı təklik, sevgi axtarışı, dostluq, mənim kim olduğumu anlamağa çalışmağımdan bəhs edir", - deyə Betsi Lerner qeyd edib.