NASA "Artemis 1" raketini Aya buraxmağa hazırlaşır
16-11-2022, 12:34
ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən Ay səyahətinə başlaması planlaşdırılan kapsul və raketin birləşməsindən ibarət "SLS-Orion" kosmik gəmisinin uçuşunun təxirə salındığı açıqlanıb.
Demokrat.az HaberGlobal-a istinadən xəbər verir ki, buna səbəb kimi raket mühərrikində sızma göstərilir.
2028-ci ilə qədər davam etməsi planlaşdırılan ekspedisiyalardan sonra Ayın orbitində kosmik stansiya qurmaq və daha sonra insanların Marsa səfərini təşkil etmək hədəflənir.
Yeni uçuşun sınağının sentyabrın 2-də keçiriləcəyi açıqlanandan az sonra kosmik gəminin buraxılışının sentyabrın 3-nə təxirə salındığı bildirilib. Nikol qasırğası səbəbindən üçüncü dəfə təxirə salınan buraxılış üçün son hazırlıqların tamamlandığı bildirilib.
Qeyd edək ki, ABŞ Aerokosmik Agentliyi (NASA) Yunan Ay ilahəsi "Artemis" adlı kəşfiyyat missiyasının bir hissəsi kimi 2024-cü ilə qədər Aya insanların səfər etməsini hədəfləyir.