ABŞ-ın hazırladığı döyüşçülər Ukraynaya qarşı vuruşacaq

20-11-2022, 10:55           
ABŞ-ın hazırladığı döyüşçülər Ukraynaya qarşı vuruşacaq
İrandakı “PMC Vaqner" Əfqanıstanın xüsusi əməliyyat qüvvələrinin döyüşçülərini Ukraynadakı müharibəyə hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksey Getman növbəti dəfə məlumat verib.

O qeyd edib ki, hərtərəfli hazırlıqla "mobilləri" vaqnerçilərə bağlamaq istəyirlər:

"Əfqanıstan döyüşçüləri İranda vaqnerçilərin himayəsi altında müəyyən təlimlər keçir. Bu döyüşçülərə tibbi sığorta, əmək haqqı təklif olunub. İlin sonuna qədər ən azı 3000 belə hərbçinin səfərbər edilməsi planlaşdırılır. Fevral-mart aylarına qədər daha 5 min belə insan. Bunlar amerikalı təlimatçılar tərəfindən öyrədilmiş insanlardır. Onlar necə döyüşməyi bilirlər”, - Getman bildirib.

Qeyd edək ki, daha öncə Getman açıqlamasında Əfqanıstandakı 40 min muzdlunun İran vasitəsilə Rusiyaya, oradan isə Ukraynaya müharibəyə göndəriləcəyini bildirimişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru