Ukraynada 3 azərbaycanlı biznesmenə və arvadına hücum etdi
23-05-2016, 13:09
Ukraynada azərbaycanlılar biznesmenə və həyat yoldaşına hücum edib. ANS PRESS-in məlumatına görə, hadisə Pervomayski rayonunda qeydə alınıb. "Mersedes-sprinter" avtomobili ilə hərəkət edən ər-arvada bir neçə şəxs hücum edib. Şübhəlilərdən biri sürücü ilə əlbəyaxa olub. Digər iki nəfər isə mikroavtobusda axtarış aparıb.
Basqınçıların üzü corabla örtülü olub. Onlar maşından iş adamının əl çantasını və mobil telefonunu oğurlayıblar. Əl çantasının içərisində isə 70 min qrivin (təqribən 4179 manat) pul olub. Oğurluq edən 3 nəfər hadisə yerindən qaça bilib.
Amma elə həmin gün axşam əməliyyatçılar quldarlardan birini saxlamağa müvəffəq olublar. Məlum olub ki, saxlanılan şəxs 28 yaşlı Azərbaycan vətəndaşıdır və bu ilin martında Ukraynaya gəlib. Gəncin sözlərinə görə, Pervomaysk şəhərinə bu hadisəni törətməmişdən bir həftə əvvəl bir neçə həmyerlisi ilə birgə məhz, soyğunçuluq məqsədi ilə gəlib.
Quldurlar iş adamının nə vaxt, hansı istiqamətdə hərəkət etdiklərini qabaqcadan öyrəniblər. Buna görə, iş adamının maşının hərəkət etdiyi yola maneə törətmək üçün maşın şinləri düzüblər. Maneəni görüb maşından düşən iş adamınaməhz bu zaman hücum edilib.
Pervomaysk rayon bölməsindən verilən məlumata görə, saxlanılna şəxs başqa ölkənin vətəndaşı olduğu üçün bu barədə Azərbaycanın Ukraynadakı konsulluğuna məlumat verilib.
Həmyerlilərimizin oğurluq üstündə xarici ölkələrdə saxlanılması ilk belə hal deyil. Bu ilin aprelin 26-da Rusiyada evlərdən oğurluq edən Azərbaycan vətəndaşı saxlanılıb. Hadisənin ölkənin Bryansk şəhərində baş verdiyi deyilir.
Martın 30-da polisə şəhərdəki mənzillərdən birində oğurluq hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. Araşdırmalar nəticəsində məlum olub ki, oğru evdən qızıl əşyalar, noutbuk və 160 min rubl (təqribən 3 728 manat) pul götürüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 26 yaşlı azərbaycanlı saxlanılıb. Onun üzərindən oğurladıqlarının bəziləri götürülüb. Oğurlanan əşyalar sahiblərinə qaytarılıb.